Hadisə yerinə FHN əməkdaşları cəlb edilib
Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 1200 m² olan fermanın içərisində 10 p.m elektrik kabeli, kartondan ibarət arakəsmə divar və yerə səpilən saman 4 m² sahədə yanıb. Fermanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bərdə rayonunda isə, ümumi sahəsi 30 m² olan vaqon tipli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.