Sumqayıtda sərnişin avtobusu qəzaya uğrayıb, ölən var

Hadisə

21.08.2024 - 13:15

Həkimlər Klinikalar SEO Xidməti

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sərnişin avtobusu ilə minik avtomobili toqquşub. AYNA "Report"a istinadən məlumat verir ki, hadisə "Saray körpüsü"ün yaxınlığına qeydə alınıb.

1961-ci il təvəllüdlü Ağayev Namiq Sabir oğlunun idarə etdiyi 16-19 saylı xətt üzrə işləyən "Paz" markalı 10-JR-983 nömrə nişanlı avtobus, 2005-ci il təvəllüdlü Mirzəyev Cavidan İsmayıl oğlunun idarə etdiyi özünə məxsus “Xəzər” markalı 20-EK-097 nömrə nişanlı avtomobillə toqquşub.

Cavidan Mirzəyev qapalı kəllə beyin travması ilə xəsarəti aldığı üçün Sumqayıt TTYX-nın reanimasiya şöbəsinə yerləşdirilsə də, aldığı xəsarətdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş