Sürücü hadisə yerindən qaçıb
Sumqayıtda ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunun ərazisində, Babək küçəsində qeydə alınıb.
Qəza nəticəsində “Mercedes” markalı avtomobil yolu keçən 1948-ci il təvəllüdlü Orucov Şirin Səfəralı oğlunu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü hadisə yerindən qaçıb. Faktla bağlı araşdırma aparılır.