Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb

Hadisə

08.10.2024 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb

Sumqayıtda qadın qaynı tərəfindən bıçaqlanıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb.

Elnurə Fəxrəddin qızı Yusifova yaşadığı evdə öz qaynı tərəfindən bıçaqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, oktyabrın 7-də saat 21 radələrində Sumqayıt şəhərində 1980-ci il təvəllüdlü E.Yusifovanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən onun qaynı, əvvəllər dəfələrlə məhkum olunmuş 1980-ci il təvəllüdlü Rauf Yusifov saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş