Sumqayıtda mənzildə meyit aşkarlanıb

Xəbərlər

01.01.2024 - 04:48

Aşkarlanan meyit aidiyyəti üzrə təhvil verilib

Sumqayıtda mənzildə meyit aşkarlanıb. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş