Sumqayıtda fəhlə zavodda xəsarət alaraq ölüb

Hadisə

29.03.2024 - 20:48

Sumqayıtda fəhlə faciəvi şəkildə həlak olub

Sumqayıtda zavodda ölüm faktı baş verib. AYNA xəbər verir ki, hadisə Sumqayıt Boruyayma zavodunda qeydə alınıb.

Zavodda fəhlə işləyən 1989-cu il təvəllüdlü Haciyev Elşən Rasim oğlunun başına iş zamanı boru düşdüyü, onun aldığı xəsarətdən öldüyü bildirilir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az