Sumqayıtda dəmir parçası ilə döyülən qadın xəstəxanada ölüb

Hadisə

08.01.2025 - 09:33

Həkimlər Klinikalar SEO Xidməti

Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb.

AYNA xəbər verir ki, hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya çatdırılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş