Yaralıya tibbi yardım göstərilsə də, o xəstəxanda keçinib
Sumqayıt şəhərində avtomobilin vurduğu piyada xəstəxanada ölüb. AYNA "Report"a istinadən xəbər verir ki, "Hyundai" markalı avtomobil yolu keçmək istəyən piyada 1972-ci il təvəllüdlü Mübariz Mehrəli oğlu Əliyevi vurub.
Zərərçəkmiş dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Yaralıya tibbi yardım göstərilsə də, o xəstəxanda keçinib.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.