Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AYNA-nın “Report”a istinadən məlumatına görə, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.
"Nissan Note” markalı avtomobilin sürücüsü yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Abbas Qafar oğlu Hüseynovu vurub.
88 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.