Sumqayıtda ağır qəzada üç nəfər yaralanıb

Xəbərlər

25.07.2025 - 21:31

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

AYNA.AZ “Report”a istinadən məlumat verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

“Kia” və “AzSamand” markalı avtomobillər toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

Sumqayıt Tibb Mərkəzindən “Report”un yerli bürosuna məlumat verilib ki, 25 iyul 2025-ci il tarixində 3 kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş