İki nəfərin meyiti xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində "Shacman" markalı yük avtomobili yol kənarına aşıb.
FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sürücü, 1989-cu il təvəllüdlü Nəsibov Elvin Qəzənfər oğlunun və sərnişin, 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.