Sumqayıtda 72 yaşlı qadın yol qəzasında ölüb

Hadisə

02.12.2023 - 09:25

Həkimlər Klinikalar SEO Xidməti

Ağır xəsarət alan piyada xəstəxanada vəfat edib

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın “Report”a istinadən məlumat verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeyd alınıb.

Belə ki, “Qaz 31” markalı avtomobil yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Minayə Bəhməndər qızı Hümbətovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş