“Sülhməramlılar mərkəzində Rusiya və Türkiyə zabitləri fəaliyyət göstərəcək”

Aktual

10.11.2020 - 04:02

İlham Əliyev: “Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmə işində rol oynayacaqdır”

 

“Bu bəyanatla yeni nəzarət mexanizmi tətbiq edilir. Sənədin 5-ci bəndində yazılır. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır”.

 

AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev məlumat verib.

 

Ölkə başçısı qeyd edib: “Deyə bilərəm ki, bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmə işində rol oynayacaqdır”.

Müəllif: Ayna.az