Sudanda təxminən 3,2 milyon uşaq qida çatışmazlığından əziyyət çəkəcək

Dünya

12.01.2025 - 11:27

Həkimlər Klinikalar SEO Xidməti

Stefan Düjarrik: "Uşaqların əksəriyyəti evlərini yalnız paltarla tərk edir"

“Bu il Sudanda 5 yaşa qədər təxminən 3,2 milyon uşağın kəskin qida çatışmazlığından əziyyət çəkəcəyi proqnozlaşdırılır”.

AYNA xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreşin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 5 milyon uşaq hərbi əməliyyatlar səbəbindən evsiz qalıb: “Uşaqların əksəriyyəti evlərini yalnız paltarla tərk edir. Onlar anaları ilə birlikdə təhlükəsizlik, qida və sığınacağın olduğu düşərgəyə çatmaq üçün çox vaxt günlərlə, bəzən 20 günə qədər piyada yol gedirlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş