Su arxına düşən 82 yaşlı kişi ölüb

Hadisə

16.10.2022 - 20:29

Həkimlər Klinikalar SEO Xidməti

O, qırmaq atarkən ayağı sürüşüb

Su arxına düşən 82 yaşlı kişi dünyasını dəyişib. AYNA-nın APA-ya istinadən məlumatına görə, Astara rayon Ərçivan qəsəbə kənd sakini 1940-cı il təvəllüdlü Baldadaş Mənsur oğlu Cəfərov, balıq tutmaq üçün qəsəbə ərazisində yerləşən su arxına gedib.

O, qırmaq atarkən ayağı sürüşüb və su arxına düşərək, boğularaq ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş