Rəsmi təhvil-təslim mərasimindən sonra onlar təşkilatın əməkdaşları qarşısında çıxış edəcəklər
Baş katib Yens Stoltenberq 10 illik vəzifəsindən sonra NATO-nun Brüsseldəki qərargahını tərk edərək, yerini Hollandiyanın keçmiş Baş naziri Mark Rutteyə verəcək.
AYNA xarici mediaya istinadən bildirir ki, rəsmi təhvil-təslim mərasimindən sonra onlar təşkilatın əməkdaşları qarşısında çıxış edəcəklər. Rutte daha sonra NATO baş katibi kimi ilk mətbuat konfransını keçirəcək. Hollandiyalı siyasətçi Alyansın 14-cü rəhbəri olacaq. Onun mandatı beş ildir və uzadıla bilər.
Mandatının başa çatmasına bir həftə qalmış Stoltenberq Amerikanın CNN teleşirkətinə müsahibəsində Alyansın möhkəmlənməsini özünün əsas uğuru, qoşunların Əfqanıstandan çıxarılmasını isə uğursuzluq və məyusluq adlandırıb: “Tək mənim üçün deyil, həm də NATO üçün ən böyük nailiyyət odur ki, biz NATO-nun kollektiv müdafiəsini gücləndirə, NATO-nu daha güclü edə bildik. Dünya 10 il ərzində daha təhlükəli hala gəlib, lakin NATO daha da güclənib”.
Məyusluğu, uğursuzluğu və fəlakəti nə hesab etdiyini soruşduqda Stoltenberq cavab verib ki, bu, Ukraynadakı münaqişə, eləcə də qoşunların Əfqanıstandan çıxarılmasıdır: "Bu ağrılı idi və hələ də ağrılıdır".