Stoltenberq: “NATO ABŞ olmadan mövcud ola bilməz”

Dünya

21.05.2026 - 15:55

“Avropa və ABŞ arasında parçalanmanın qarşısını almaq üçün mümkün olan hər şeyi etmək çox vacibdir"

“NATO ABŞ olmadan mövcud ola bilməz. Nə də Avropa İttifaqı Alyansın rolunu yerinə yetirə bilər”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun keçmiş baş katibi, Norveçin maliyyə naziri Yens Stoltenberq bunu İsveçin SVT televiziya kanalına deyib.

O NATO-nun hazırkı formasında ABŞ olmadan mövcud ola bilməyəcəyini vurğulayıb: "Xeyr, təxminən 80 ildir tanıdığımız NATO deyil, çünki söhbət Avropa və ABŞ-ın birlikdə dayanması və bütün təhdidlərlə üzləşməsi ilə bağlıdır. Buna görə də Avropa və ABŞ arasında parçalanmanın qarşısını almaq üçün mümkün olan hər şeyi etmək çox vacibdir", - deyə o bildirib.

"Mənim Aİ-yə böyük hörmətim var, amma inanmıram ki, Aİ ortaq təhlükəsizlik və müdafiə zəmanətləri baxımından NATO-nu əvəz edə bilər", - əlavə edib.

Sabiq baş katib qeyd edib ki, NATO böhranının səbəblərindən biri ABŞ-ın Qrenlandiyanı nəzarətə götürmək istəyi idi: “İndi ABŞ-ın qoşunlarını Avropanın onları əvəz edə biləcəyindən daha tez geri çəkəcəyi ilə bağlı narahatlıq var”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş