“Xanım Zurabişvili müxalifətlə birlikdə ölkədə “iğtişaşlar” adlı ssenaridə birbaşa iştirak edir”
“Gürcüstan Prezidenti Salome Zurabişvili müxalifətlə birlikdə ölkədə iğtişaşların təşkilində iştirak edir”. AYNA gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə deyib.
“Siz görürsünüz ki, xanım Zurabişvili müxalifətlə birlikdə ölkədə “iğtişaşlar” adlı ssenaridə birbaşa iştirak edir”, - Papuaşvili bildirib.
Qeyd edək ki, Gürcüstan Prezidenti dünən ölkədə hakim partiyanın qalib gəldiyi parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib. Zurabişvili xalqı dinc etiraz aksiyalarına çağırıb.