Şoyqu: “Ermənistanın seçimi onun gələcəyini müəyyən edəcək”

Dünya

26.05.2026 - 16:32

“Ermənistan rəhbərliyi öz seçimini edir və ölkəsinin gələcəyi üçün məsuliyyət daşıyır”

“Ermənistan rəhbərliyi öz seçimini edir və ölkəsinin gələcəyi üçün məsuliyyət daşıyır”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

"Ümumiyyətlə, bir çox problem var və onları birlikdə həll etmək daha təsirli olur. Təşkilatdakı erməni tərəfdaşlarımızın bunu anlamaması və təhlükənin birbaşa mənbəyindən qorunma axtarması təəssüf doğurur", - deyə Şoyqu KTMT Təhlükəsizlik Şurası Katibləri Şurasının iclasında deyib.

"Amma bu, Ermənistan rəhbərliyinin seçimidir və ölkəsinin və xalqının gələcəyi üçün onun məsuliyyətidir", - deyə Şoyqu vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş