Şoyqu Baltik ölkələrini hədələyib

Dünya

16.04.2026 - 22:30

“Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir”

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələrə Rusiyanın özünümüdafiə hüququnu xatırladıb. AYNA.AZ TASS-a istinadən bildirir ki, Şoyqu mediaya verdiyi şərhdə son zamanlar Finlandiya və Baltikyanı ölkələr vasitəsilə Rusiyaya qarşı Ukrayna PUA-larının hücumlarının sayı artırdığını qeyd edib: “Nəticədə mülki şəxslər əziyyət çəkir və mülki infrastruktura ciddi ziyan dəyir”.

“Bu, iki halda baş verə bilər: ya Qərb hava hücumundan müdafiə sistemləri, artıq Yaxın Şərqdə baş verdiyi kimi, son dərəcə təsirsizdir, ya da bu dövlətlər bilərəkdən öz hava məkanlarını təqdim edir. Bununla da Rusiyaya qarşı təcavüzün açıq iştirakçılarına çevrilirlər”.

“Sonuncu halda, silahlı hücum halında dövlətlərin özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsi beynəlxalq hüquqa əsasən qüvvəyə minir”, – deyə Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş