Son sutkada Azərbaycanda COVID-19-a 34 yoluxma faktı qeydə alınıb

Aktual

17.06.2022 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

Son sutkada COVID-19-dan ölən olmayıb 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 145 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 99 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 899, bu günə qədər isə ümumilikdə 6 934 154 test icra olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş