Düşmən Gəncəni atəşə tutub - <font color=red> RƏSMİ</font>

Aktual

04.10.2020 - 11:11

Ermənilər Füzuli, Ağdam və Tərtərin kəndlərini də atəş altında saxlayır

 

Düşmən Ermənistanın silahlı qüvvələri Gəncə şəhərini atəşə tutub. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə atəşə tutulub.

 

Bununla yanaşı, düşmən kəndlərimizi də raket və artilleriya atəşinə tutur. Nazirliyin məlumatında qeyd edilib ki, Ermənistan ərazisindən Füzuli rayonunun ərazisi raket atəşinə, işğal altında olan ərazilərimizdən isə Ağdam və Tərtər rayonunun kəndləri düşmənin artilleriya atəşinə tutulur.

Müəllif: Ayna.az