Son iki gündə qeydə alınan 129 cinayətin üstü açılıb

Xəbərlər

11.03.2024 - 10:37

cedabet dərman SEO Xidməti

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb

Martın 9-10-da ölkə ərazisində qeydə alınan 110, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 67, o cümlədən borclu şəxs qismində axtarılan 38 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 66, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 105 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş