Son 2 gündə 25 kiloqrama yaxın narkotik aşkarlanaraq götürülüb

Xəbərlər

11.05.2026 - 22:31

“Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 9-da və 10-da ümumi çəkisi 25 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən (DİN) AYNa.AZ-a verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,1 kiloqramdan artıq heroin, 12,5 kiloqramdan çox marixuana, 7,2 kiloqrama yaxın metamfetamin, 1,2 kiloqrama yaxın həşiş, həmçinin 654 ədəd metadon həbi olub.

Bildirilib ki, “bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş