Somali Prezidenti Bakıya gəlib

Xəbərlər

11.02.2025 - 22:08

Həkimlər Klinikalar SEO Xidməti

Hasan Şeyx Mahmud Azərbaycana rəsmi səfər edib

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 11-də Azərbaycan Respublikasına rəsmi səfər edib.

AYNA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Somali Prezidentini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş