SPD Şoltsu daha populyar siyasətçi ilə əvəz etməyi planlaşdırır
Almaniya kansleri Olaf Şoltsun rəhbərlik etdiyi Almaniya Sosial Demokrat Partiyası (SPD) siyasətçinin azalan populyarlığı səbəbindən onun 2025-ci ildə keçiriləcək milli seçkilərdə namizədlikdən kənarlaşdırmağı planlaşdırır. AYNA xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Financial Times” məlumat yayıb.
“SPD-də ABŞ Prezidenti Co Baydenin vitse-prezident Kamala Harrisə necə icazə verdiyini xatırlayan çoxlu insan var. Onlar maraqlanmağa başladılar ki, bu, Almaniya üçün presedent ola bilərmi? Şoltsun ictimai sorğulardakı nəticələrinə baxanda belə sualların niyə yarandığını başa düşmək olar”, - nəşr Almaniya kanslerinin partiyasından olan anonim mənbənin sözlərindən sitat gətirib.
Məqalə müəllifləri qeyd ediblər ki, SPD-nin bəzi nümayəndələri özəl olaraq “artıq Şoltsun namizədlər siyahısından çıxarılmasını təklif etməyə başlayıblar”.
Bundan əlavə, onlar Şoltsu "daha populyar siyasətçi" ilə əvəz etməyi planlaşdırırlar. Yeni namizəd kimi Almaniyanın müdafiə naziri Boris Pistoriusun və Saarland Federal əyalətinin Baş naziri Anke Rehlinqerin adı hallanır.