Almaniya kansleri: "Bir gün real danışıqlar üçün həmin vaxt çatmalıdır"
Almaniya kansleri Olaf Şolts ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə görüşmək planlarını alqışlayıb.
AYNA xəbər verir ki, Almaniya hökumətinin başçısı bu barədə ARD telekanalına bildirib.
"Amerika və Rusiya prezidentlərinin görüşmək istəməsi pis xəbər deyil" – o deyib.
"Sözsüzdür ki, bir gün real danışıqlar üçün həmin vaxt çatmalıdır", - o vurğulayıb.
Şolts yenidən Putinə zəng etməyə davam etmək niyyətində olduğunu bildirib. Onun fikrincə, bu müharibədən çıxış yolu tapmaq lazımdır. Eyni zamanda, o, sülhün tətbiq edilə bilməyəcəyini vurğulayıb.