Soçi aeroportu da uçuşları dayandırıb

Dünya

27.12.2024 - 10:29

Həkimlər Klinikalar SEO Xidməti

Hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Uçuşların təhlükəsizliyini təmin etmək üçün Soçi hava limanı bağlanıb. Hava limanı müvəqqəti olaraq reysləri qəbul etmir və ya göndərmir. AYNA xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) nümayəndəsi Artem Korenyako “Telegram” kanalında yazıb.

“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün cümə günü, dekabrın 27-də Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - Korenyako yazıb.

“Rosaviatsiya” nümayəndəsi əlavə edib ki, təyyarənin ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür.

Qeyd edək ki, bundan əvvəl Kazan hava limanında da məhdudiyyətlər tətbiq edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş