Sənəd Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə imzalanıb
Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb.
AYNA xəbər verir ki, əvvəlcə Azərbaycan və Bolqarıstan prezidentlərinin iştirakı ilə “SOCAR və Asarel Energy arasında Birgə İnkişaf Sazişi” imzalanıb.