Slovakiya Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyə bilər – Şərtləri var

Dünya

22.10.2025 - 23:18

Slovakiyanın tələbləri nəzərə alınarsa, Rusiyaya qarşı sanksiyaları açıq şəkildə dəstəkləyəcək

Cümə axşamı planlaşdırılan Avropa İttifaqı (Aİ) sammitində Slovakiya Rusiyaya qarşı yeni sanksiyaları dəstəkləyə bilər. AYNA.AZ xəbər verir ki, bu barədə ölkənin Baş naziri Robert Fikoya istinadən yerli "Dennik N" qəzeti yazıb.

“Fiko sammitin nəticələrinə Slovakiyanın tələbləri nəzərə alınarsa, Rusiyaya qarşı sanksiyaları açıq şəkildə dəstəkləyəcək”, - məlumatda qeyd edilib.

Bundan əvvəl Baş nazir bəyan edib ki,  Avropa Komissiyası Avropada elektrik enerjisi qiymətləri ilə bağlı vəziyyətin həllini təklif etməsə, Slovakiya Rusiyaya qarşı yeni sanksiyalar paketini dəstəkləməyəcək.

Fiko vurğulayıb ki, Aİ-nin cavab vermək və həll yolları tapmaq bacarığı Slovakiyanın gələcək anti-Rusiya sanksiyaları ilə bağlı mövqeyinə birbaşa təsir edəcək.

Slovakiyanın Baş naziri həmçinin Aİ-nin Ukraynadakı münaqişə ilə bağlı sülhməramlı səylərdə daha fəal iştirakına çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş