“Gömrük sahəsində əməkdaşlıqla bağlı yaxşı razılaşma əldə etmək mümkün olmadı”
Avropa İttifaqı (Aİ) iqtisadi siyasətində səhvlərə yol verir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə iyulun 16-da Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
Siyasətçi deyib ki, Brüssel iqtisadi siyasətdə səhvlər toplayır: “Gömrük sahəsində əməkdaşlıqla bağlı yaxşı razılaşma əldə etmək mümkün olmadı. Baxmayaraq ki, nə etmək lazım olduğu tam aydın idi".
Nazir əlavə edib ki, Aİ bu ilin əvvəlində ABŞ-a tətbiq edilən tarifləri azaltmalıdır.
Onun sözlərinə görə, bu baş vermədiyindən gömrük sahəsində səmərəli əməkdaşlıq imkanları üçün çox mühüm baza itirilib.