Siqeru İsiba NATO sammitində iştirak etməyəcək

Dünya

23.06.2025 - 09:53

cedabet dərman SEO Xidməti

Baş nazirin Haaqaya səfərinin ləğv olunmasının səbəbi rəsmi şəkildə açıqlanmayıb

Yaponiya Baş naziri Siqeru İsiba Haaqada keçiriləcək NATO sammitində iştirak etməyəcək. AYNA.AZ xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Baş nazirin Haaqaya səfərinin ləğv olunmasının səbəbi rəsmi şəkildə açıqlanmayıb.

Yaponiya Baş nazirinin NATO sammitlərində iştirakı son illərdə müntəzəm xarakter daşıyırdı və bu, Asiya-Sakit okean regionunda artan geosiyasi gərginlik fonunda Tokio ilə alyans arasında yaxınlaşma kursunu əks etdirirdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş