Şimali Koreya Cənubi Koreyaya doğru zibil şarları buraxıb

Dünya

04.10.2024 - 11:30

“Şimali Koreya yenidən zibil şarları güman edilən balonları cənuba doğru buraxır”

Şimali Koreya növbəti dəfə zibillə doldurulduğu iddia edilən şarları Cənubi Koreyaya doğru havaya buraxıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Seul rəsmiləri məlumat yayıb.

“Şimali Koreya yenidən zibil şarları güman edilən balonları cənuba doğru buraxır”, - deyə Seul meriyasından qeyd edilib.

Qeyd edək ki, mayın sonundan bəri Şimali Koreya ərazisindən minlərlə hava şarı Cənubi Koreya istiqamətinə buraxılır. Hazırkı hadisə ardıcıl 24-cüdür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş