Hücumda şübhəli bilinən 60 yaşlı kişi polis saxlanılıb
Oktyabrın 5-də Avstraliyanın Sidney şəhərində baş vermiş atışmada azı 17 nəfər yaralanıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, hücumda şübhəli bilinən 60 yaşlı kişi polis saxlanılıb.
Polisin məlumatına görə, Sidneyin qərb hissəsində təxminən 100 atəş açdıqdan sonra 60 yaşlı kişi saxlanılıb. Nəticədə azı biri ağır olmaqla 17 nəfər yaralanıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, atışma ayrı-seçkilik olmadan aparılıb və şübhəli polis maşınları da daxil olmaqla, yoldan keçən maşınları hədəf alıb.