Danışıqlarda İsraillə münasibətlərin normallaşdırılması, İranın nüvə proqramı və Fələstin məsələsi müzakirə olunub
Səudiyyə Ərəbistanının müdafiə naziri, şahzadə Xalid bin Salman Əl Səud cümə axşamı Ağ Evdə ABŞ Prezidenti Donald Trampla gizli görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə “Fox News” mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, danışıqlarda İsraillə münasibətlərin normallaşdırılması müzakirə olunub. Tərəflər bunun üçün lazım olan addımlar ətrafında fikir mübadiləsi aparıblar.
Bundan əlavə, görüşdə İranla münaqişənin deeskalasiyası və İslam Respublikasının nüvə proqramı üzrə danışıqların bərpası məsələsi qaldırılıb. Eyni zamanda, Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və Fələstinin radikal HƏMAS hərəkatının hələ də saxladığı girovların azad edilməsi perspektivləri müzakirə edilib.