İbrahim Fərzəliyev ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb
Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub.
AYNA-nın "Report"a istinadən məlumatına görə, hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində olub.
Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev İbrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.