Şərqi Zəngəzurda monitorinq keçirilib

Xəbərlər

25.05.2026 - 23:26

Meyvə bağlarında monitorinq aparılıb

Milli Monitorinq Planına uyğun olaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Şərqi Zəngəzur regional bölməsinin əməkdaşları Zəngilan, Qubadlı və Cəbrayıl rayonlarındakı meyvə bağlarında fitosanitar monitorinq aparıblar.

AQTA-dan AYNA.AZ-a verilən məlumata görə, monitorinq zamanı fitosanitar müfəttişlər şaftalı, ərik və nektarin bağlarına baxış keçirib, qəhvəyi mərmər bağacığına qarşı feremon tələlər asıblar. Həmçinin meyvə bağlarında zərərvericilərin təyini və torpaqda olan pestisidlərin qalıq miqdarının, zərərli orqanizmlərin müəyyənləşdirilməsi məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Eyni zamanda, təsərrüfatlarda bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması, daşınması zamanı qanunvericiliyin tələblərinə və təhlükəsizlik qaydalarına əməl olunması barədə sahibkarlarla maarifləndirici söhbətlər aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş