ŞƏT hərbi təlimləri İranın şimal-qərbində davam edir
İranın Şərqi Azərbaycan əyalətində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Səhənd 2025" adlı birgə antiterror təlimləri keçirilir.
AYNA.AZ IRNA-ya istinadən xəbər verir ki, təlimlər üç gündür başlayıb və daha iki gün davam edəcək. Tədbirdə ŞƏT-ə üzv ölkələrin 18 yüksək rütbəli nümayəndə heyəti, eləcə də regional hərbi və təhlükəsizlik qurumlarının nümayəndələri iştirak edir.
Təlimlər İran Xarici İşlər Nazirliyinin yardımı ilə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları tərəfindən təşkil edilib.