Sərnişin və yük qatarlarının sürət həddi endirilib

Xəbərlər

18.12.2023 - 07:41

ADY sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edib

Azərbaycan Dəmir Yolları” QSC (ADY) hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxt Bakı və regionlarda müşahidə olunan güclü külək və yağıntılı hava şəraiti ilə əlaqədar Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. AYNA xəbər verir ki, bu barədə ADY-dən bildirilib.

Qurumun vətəndaşlara müraciətində deyilir: “Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərmələrini və ehtiyatlı olmalarını tövsiyə edirik. Sərnişinlərdən xahiş edirik ki, stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olsunlar”.

Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi endirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş