Sergey Şoyqu İstanbula getdi: saziş imzalanacaq

Dünya

22.07.2022 - 14:39

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın müdafiə naziri taxıl sazişini imzalamaq üçün Türkiyəyə gedib

Rusiyanın müdafiə naziri Sergey Şoyqu taxıl dəhlizi ilə bağlı müqaviləni imzalamaq üçün İstanbula gəlib.

AYNA Türkiyə mediasına istinadən bildirir ki, sənədi Türkiyə və Rusiyanın müdafiə nazirləri, həmçinin Kiyevin İstanbuldakı nümayəndə heyətinə rəhbərlik edən Ukraynanın infrastruktur naziri imzalayacaq.

İyulun 21-də BMT-nin Baş katibi Antonio Quterriş Ukrayna və Rusiya taxılının, həmçinin Rusiya gübrəsinin ixracına dair sazişin imzalanmasında iştirak etmək üçün İstanbula gəlib.

Qeyd edək ki, bir müddət öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müvafiq sənədin imzalanacağını elan edib. İyulun 13-də Türkiyə, Ukrayna, Rusiya və BMT nümayəndə heyətlərinin bu məsələ ilə bağlı görüşü baş tutub. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş