Berdiməhəmmədov seçkilərdə 72,97 faiz səs toplayıb
Türkmənistanda prezident seçkilərində hazırkı Prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu, ölkənin hakim Demokratik Partiyasından namizəd Sərdar Berdiməhəmmədov qalib gəlib.
AYNA xarici mediaya istinadən bildirir ki, S.Berdiməhəmmədov seçkilərdə 72,97 faiz səs toplayıb. Bu barədə ölkənin Mərkəzi seçki komissiyası məlumat verib.