5 nəfər yaralanıb: onlardan birinin vəziyyəti ağırdır
Serbiyada Sloboda müdafiə sənayesi zavodunda partlayış baş verib. Nəticədə 5 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır. AYNA xəbər verir ki, bu barədə RTS telekanalı məlumat yayıb.
“36 yaşlı kişi üz və boyun nahiyəsindən yanıqlar və sağ qolundan xəsarət alıb, vəziyyəti ağırdır. Kişi Cacak Ümumi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib”, - məlumatda qeyd olunub.
Bildirilib ki, zavodda baş verən yanğının səbəbi məlum deyil.