Hədəflərə zərbə endirmək üçün üç raket və 20 pilotsuz təyyarədən istifadə edilib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynin Şeyx İsa rayonundakı Amerika aviabazasına pilotsuz təyyarə və raket hücumu barədə məlumat yayıb. AYNA.AZ xəbər verir ki, məlumat SEPAH-ın “Telegram” kanalında dərc edilib.
Məlumatda deyilir: "SEPAH-ın "Əsl vəd 4" əməliyyatının 14-cü dalğası çərçivəsində bu gün səhər saatlarında Bəhreynin Şeyx İsa rayonundakı Amerika aviabazasına kütləvi pilotsuz təyyarə və raket hücumu həyata keçirilib".
Təyin olunmuş hədəflərə zərbə endirmək üçün üç raket və 20 pilotsuz təyyarədən istifadə edildiyi bildirilib.
SEPAH bəyan edib ki, nəticədə “Amerika aviabazasındakı əsas komandanlıq binası dağılıb. Yanacaq çənləri də məhv edilib və ərazidə yanğın baş verib”.