Seneqal Rusiya helikopterləri alacaq

Dünya

02.06.2024 - 15:03

Həkimlər Klinikalar SEO Xidməti

Səfir: “Seneqal Rusiya helikopterlərini almaqda maraqlıdır”

“Seneqal Rusiya helikopterlərini almaqda maraqlıdır. Moskva onlara xidmət üçün kadrlar hazırlayır”. AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Seneqaldakı səfiri Dmitri Kurakov bildirib.

“Hazırda Seneqal Rusiya istehsalı olan bir neçə helikopterdən istifadə edir. Seneqal sülhməramlı qüvvələri bizim məhsullarımızla maraqlanır, biz konkret olaraq vertolyotlardan danışırıq”, - deyə diplomat vurğulayıb.

Səfirin sözlərinə görə, Dakarın Rusiyanın digər hərbi texnikasına da marağı var. Xüsusən də Seneqal bir neçə il əvvəl “Nivas” alıb və onlardan razı qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş