Şənbə gününün hava proqnozu

Xəbərlər

19.11.2021 - 13:47

Həkimlər Klinikalar SEO Xidməti

Rayonlarda hava əsasən yağmursuz keçəcək

Noyabrın 20-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək Havanın temperaturu gecə 3-6° isti, gündüz 12-14° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş