Senat Trampın müharibə səlahiyyətlərini məhdudlaşdırıb

Dünya

20.05.2026 - 12:20

Prezidentin müharibə səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsi təsdiqlənib

ABŞ Senatı Prezident Donald Trampın müharibə səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Senat İrana qarşı gələcək hərbi əməliyyatlar üçün Konqresin təsdiqini tələb etməklə Prezident Donald Trampın müharibə səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyən qanun layihəsini təsdiqləyib", - deyə məlumatda bildirilib.

Kanalın xəbərinə görə, 50 senator layihəni dəstəkləyib, 47-si isə əleyhinə çıxıb. Demokratların əksəriyyəti və dörd respublikaçı lehinə, respublikaçıların əksəriyyəti və bir demokrat senator qanunun əleyhinə səs verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş