Senat Mullini Daxili Təhlükəsizlik Katibi vəzifəsinə təsdiqləyib

Dünya

24.03.2026 - 16:45

Mullinin namizədliyini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə çıxıb

ABŞ Senatı Markveyn Mullini ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri vəzifəsinə təsdiqləyib. AYNA.AZ xəbər verir ki, səsvermə C-SPAN kanalında canlı yayımlanıb.

Mullinin namizədliyini 54 senator dəstəkləyib. 45 senator isə əleyhinə çıxıb. Təsdiq üçün sadə səs çoxluğu tələb olunur.

49 yaşlı respublikaçı Mullin Oklahomanı Senatda təmsil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş