Səna şəhərinə hava zərbələri endirilib

Dünya

24.08.2025 - 20:06

İsrail Yəmənin paytaxtına hava zərbələri endirib

İsrail Yəmənin paytaxtı Sənaya hava zərbələri endirib. AYNA.AZ xəbər verir ki, bu barədə “RİA Novosti”yə Yəməndəki mənbədən bildirilib.

Agentliyin məlumatına görə, şəhər və onun ətrafında partlayış səsləri eşidilib. Digər təfərrüatlar açıqlanmayıb.

“İsrailin hava hücumları nəticəsində Səna və onun ətrafında partlayış səsləri eşidilib”, - agentlik öz mənbəsinə istinadən yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş