Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Hərəkətdə olan "VAZ" markalı minik maşını ilə digər minik avtomobili toqquşub.
Qəza zamanı 3 nəfər - 2000-ci il təvəllüdlü Yusibov Nicat, 1978-ci il təvəllüdlü Yusibov Mübariz və 1990-cı il təvəllüdlü Əhmədov Mikayıl yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.