Şəmkirdə qonşular arasında davada 5 nəfər xəsarət alıb

Xəbərlər

11.03.2023 - 23:16

Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıb

Şəmkirdə kütləvi dava olub. AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsinə məlumat daxil olub və dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş